Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi üzrə monoqrafiya Moskvada rus dilində nəşr edilib.
AZƏRTAC xəbər verir ki, EİF tərəfindən elan edilən birinci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş layihə üzrə “a-Sianotioasetamid” monoqrafiyası Moskvada “Texnosfera” nəşriyyatında çapdan çıxıb.
Kitabın müəllifləri Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, BDU-nun professoru, kimya elmləri doktoru Namiq Şıxəliyev, Taras Şevçenko adına Luqansk Dövlət Universitetinin professoru Vladimir Dyaçenko, həmin universitetin dosenti İvan Dyaçenko və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, kimya elmləri doktoru Valentin Nenaydenkodur.
Monoqrafiya “Kimya aləmi” seriyası üzrə nəşr olunub.