Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Minskdə Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi və Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının 25 illiyi münasibətilə keçirilən beynəlxalq konqresdə iştirak edib.

        

Tədbirin rəsmi açılış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenkonun  təbrik məktubu oxunub. Sonra AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının sədri V.Q.Qusakova təbrik məktubunu səsləndirib.

        

Tədbirdə akademik A.Əlizadə məruzə  edərək Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

        

Konqresdə akademik Akif Əlizadə və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi ilə bağlı təsis edilən medalla təltif ediliblər.