Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai təhsil fakültəsinin tələbələri “Uşaq anatomiyası, fiziologiyası və gigiyenası” fənni üzrə növbəti dərsini Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində olan muzeydə keçiblər.
Fənn müəllimi Səadət Qəmbərovanın rəhbərliyi ilə keçirilən praktik dərsdə insan anatomiyası və tibbi terminologiya kafedrasının müəllimi Ramilə Babayeva muzeydə olan çoxlu sayda uşaq orqanizminə aid eksponatlar haqqında ingilis dilində məlumat verib.
Praktik dərs nəzəri materialların tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi məqsədilə keçirilib.
Dərsdə ibtidai təhsil fakültəsinin dekan müavini Afət Həsənova da iştirak edib.