8 dekabr 2022-ci il saat 10:00-12:00 tarixində Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Macarıstanda təhsil alan HTP tələbələri və məzunları ilə Budapeşt şəhərində görüşü nəzərdə tutulub.
Görüşün məqsədi tələbə və məzunlarla əlaqələri möhkəmləndirmək, onların akademik uğurları və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Görüş Azərbaycanın Macarıstandakı səfirliyində təşkil ediləcək.
Yerlərin məhdudluğunu nəzərə alaraq, qeydiyyatdan keçən ilk 70 nəfər görüşdə iştiraka dəvət ediləcək.
Görüşdə iştirak etmək üçün 30 noyabr saat 23:59-dək (GMT+4, Bakı vaxtı ilə) forumu dolduraraq qeydiyyatdan keçməyiniz xahiş olunur.