Azərbaycan Memarlıq və İnşaat Unversitetinin (AzMİU) “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəsmi tanıdığı elmi nəşrlər siyahısına daxil edilib. Jurnalın adı AAK-ın “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsində yer alıb.
Məlumat üçün qeyd edək ki, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı AzMİU-nun “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunur. Elmi jurnal 2015-ci ildə Ədliyyə Nazirliyində mətbu nəşrlərin reyestrinə salınıb.