Azərbaycan Texniki Universitetinin SABAH qrupunun “Platon Tesh” komandası Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edib və dünya üçüncüsü adını qazanıb. Komandanın üzvləri SABAH qrupunun informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyevdir.
Qeyd edək ki, 56 ölkədən 78 komandanın və həmin komandaların tərkibində 2000-dən çox iştirakçının təmsil olunduğu Dünya Robot Olimpiadasında birinci yeri Hindistanın, ikinci yeri isə Yunanıstanın komandası qazanıb.
Sifai SƏFƏROVA