Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qrupları tələbələrinin təşkilatçılığı ilə Zəfəri bizə qazandıraraq, şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları ilə görüş keçirilib.
ADPU-dan bildirilib ki, görüşdə şəhid, qazi övladları ilə vaxt keçirən tələbələr birlikdə müxtəlif oyunlar oynayıb, onlarla həmsöhbət olublar. Görüş, həm tələbələrdə, həm də qəhrəmanlarımızın övladlarında xoş təəssüratlar yaradıb.