Məzunların işlə təmin olunma səviyyəsinə görə universitetlərin reytinqi açıqlanıb
Müasir dünyanın çağırışları şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlilik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb. Hansı universitetin məzunları əmək bazarının tələblərinə daha uyğundur? İşəgötürən hansı universitetlərin məzunları arasında özünə layiq bildiyi mütəxəssisi axtarıb tapa bilər? Hansı universitetlərdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar? Bütün bu suallara Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkəti özünün sentyabrın 11-də açıqladığı dünya universitetlərinin məzunlarının işlə təmin olunma keyfiyyəti üzrə növbəti reytinqində (QS Graduate Employability Ranking 2019) aydınlıq gətirməyə çalışıb. Tədqiqatın arayış hissəsində qeyd olunur ki, dünyanın ən yaxşı universitetlərinin çoxunun hər il yüksək nailiyyətləri olan məzunlar buraxmasına baxmayaraq, işəgötürənlər tez-tez narahatlıqla bildirirlər ki, akademik müəssisələr öz tələbələrini əmək bazarına hazırlamaq üçün kifayət qədər iş görmür. Məzunları əmək bazarında asanlıqla iş tapan ali məktəblərin siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir. Dünyanın ən nüfuzlu texnologiya yönümlü ali məktəbinin məzunlarına əmək bazarında xüsusi tələbat var. MIT bu il məzunların işlə təmin edilməsi keyfiyyətinə görə 4 pillə önə keçərək bu kateqoriyada ən yaxşı ali məktəb statusunu qazanıb. Ali məktəb həm də dünyanın ən yaxşı universitetlərinin qlobal reytinqinə də başçılıq edir.
Reytinqdə maraqlı məqamlar da var. Dünya reytinqində 42-ci yerdə olan Avstraliyanın Sidney Universiteti məzunlarının işlə təmin olunmasına görə sıralamada 5-ci yerdədir. Bu onu göstərir ki, Avstraliya universitetləri məzunların əmək bazarında işlə təmin olunması yönündə daha yaxşı işləyirlər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti reytinqin iki ən əhəmiyyətli - “Məzunların müvəffəqiyyəti” (top-20) və “İşə götürənlər arasında nüfuzu” (59 yer) göstəricilərinə görə dünyanın ən yaxşı ali məktəblərinin top-100-lüyünə düşə bilib. İkinci göstərici üzrə MDU ötən illə müqayisədə 5 pillə irəliləyib. “MDU-nun məzunları dünyanın ən uğurluları arasındadır. Məzunların işlə təmin olunma reytinqində MDU-nun mövqeyi, işəgötürənlər arasında nüfuzu ildən ilə güclənir. Bu, onu deməyə əsas verir ki, universitet düzgün yoldadır. MDU-nun bazasında Rusiyanın işəgötürənlərin, tələbələrin, aspirant və gənc əməkdaşların başlıca görüş yeri olan ən qədim elm parkı yerləşir. MDU ölkənin və dünyanın öz sahələrində lider olan ən nəhəng işəgötürən şirkətləri ilə əməkdaşlıq edir. Universitet Alibaba qrupu ilə tərəfdaş olan ilk Rusiya ali məktəbidir”, - deyə MDU-nun rektoru, akademik V.Sadovniçi reytinqin nəticələrini şərh edib. Tədqiqatın metodologiyası QS-in digər reytinqlərindən əhəmiyyətli dərəcədə fərqlənir, çünki burada əsasən başlıca meyar “İşə götürənlərin arasında nüfuz” (30%) hesab olunur, həmçinin “İşə götürənlərlə əməkdaşlıq” (25%) və “Məzunların müvəffəqiyyəti” (25%) göstəriciləri də böyük çəkiyə malikdir. Reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/employability-rankings/2019 səhifəsindən tanış olmaq olar.
Reytinq |
Ali məktəbin adı |
Ölkə |
1 |
ABŞ |
|
2 |
ABŞ |
|
2 |
ABŞ |
|
4 |
ABŞ |
|
5 |
Avstraliya |
|
6 |
Avstraliya |
|
7 |
Böyük Britaniya |
|
8 |
ABŞ |
|
9 |
Çin |
|
10 |
ABŞ |
|
11 |
ABŞ |
|
12 |
Kanada |
|
13 |
Honkonq |
|
14 |
ABŞ |
|
15 |
İsveçrə |
|
15 |
ABŞ |
|
17 |
ABŞ |
|
18 |
Böyük Britaniya |
|
19 |
Yaponiya |
|
20 |
Çin |
|
21 |
ABŞ |
|
22 |
ABŞ |
|
23 |
Cənubi Koreya |
|
24 |
ABŞ |
|
25 |
ABŞ |
|
25 |
Kanada |
|
26 |
Çin |
|
27 |
Yaponiya |
|
28 |
Avstraliya |
|
30 |
Fransa |
|
31 |
Almaniya |
|
32 |
ABŞ |
|
33 |
Böyük Britaniya |
|
33 |
Sinqapur |
|
34 |
ABŞ |
|
35 |
Böyük Britaniya |
|
36 |
İtaliya |
|
37 |
Çili |
|
38 |
Kanada |
|
38 |
Çin |
|
40 |
ABŞ |
|
41 |
Niderland |
|
41 |
ABŞ |
|
42 |
Çin |
|
43 |
ABŞ |
|
44 |
ABŞ |
|
45 |
Livan |
|
46 |
Yaponiya |
|
47 |
Böyük Britaniya |
|
48 |
Avstraliya |
|
49 |
Böyük Britaniya |
|
49 |
ABŞ |
|
51 |
Yaponiya |
|
52 |
ABŞ |
|
52 |
Meksika |
|
53 |
Böyük Britaniya |
|
55 |
ABŞ |
|
56 |
ABŞ |
|
57 |
Böyük Britaniya |
|
58 |
Böyük Britaniya |
|
59 |
Avstraliya |
|
60 |
Almaniya |
|
61 |
ABŞ |
|
61 |
İspaniya |
|
61 |
ABŞ |
|
64 |
Avstraliya |
|
65 |
Yaponiya |
|
66 |
Böyük Britaniya |
|
67 |
Fransa |
|
67 |
Braziliya |
|
67 |
ABŞ |
|
67 |
ABŞ |
|
70 |
Yaponiya |
|
71 |
ABŞ |
|
71 |
Yeni Zelandiya |
|
73 |
Avstraliya |
|
74 |
İrlandiya |
|
75 |
Böyük Britaniya |
|
76 |
Cənubi Koreya |
|
78 |
Almaniya |
|
79 |
İsveç |
|
79 |
Cənubi Koreya |
|
81 |
Tayvan |
|
82 |
İspaniya |
|
83 |
Böyük Britaniya |
|
85 |
Avstraliya |
|
86 |
İsveç |
|
87 |
Kanada |
|
88 |
Almaniya |
|
89 |
ABŞ |
|
90 |
İsveçrə |
|
91 |
Fransa |
|
92 |
İspaniya |
|
93 |
Kanada |
|
93 |
Cənubi Koreya |
|
95 |
Yaponiya |
|
96 |
ABŞ |
|
97 |
ABŞ |
|
98 |
İtaliya |
|
99 |
Böyük Britaniya |
|
100 |
Lomonosov Moscow State University |
Rusiya |
Oruc MUSTAFAYEV