Elm və Təhsil Nazirliyinə sentyabr ayı üzrə daxil olan vətəndaş müraciətlərinin statistikası açıqlanıb.

 

Belə ki, sentyabr ayı ərzində Nazirliyin portal.edu.az platformasının vətəndaş müraciətləri bölməsi üzərindən 4340 vətəndaşın müraciəti cavablandırılıb. 

 

Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi tərəfindən isə qeyd edilən müddət ərzində ümumilikdə 2581 vətəndaşın müraciəti qəbul edilib və aidiyyəti üzrə icraata alınıb.

 

Əlavə olaraq, 146-6 nömrəli “Çağrı Mərkəzi”nə gələn 22 971 zəng cavablandırılıb. 
 
Bundan başqa, Nazirliyin sosial media xidməti tərəfindən 21 483 müraciət cavablandırılıb. Bunlardan 17 434-ü “WhatsApp”, 2357-si “Facebook”, 1692-si “İnstagram” tətbiqləri üzərindən daxil olan müraciətlərdir.