Sentyabrın 12-dən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. İndiyədək keçirilən müsahibələrdə 3813 nəfər iştirak edib. Müsahibələr 19 sentyabradək davam edəcək.


Hazırda müsahibələrin nəticələri emal olunur. Emalı başa çatmış müsahibə nəticələri ilə bağlı məlumat təhsilverənlərin şəxsi səhifəsinə göndərilib. 


Təhsilverənlər gün ərzində nəticələr barədə mərhələli şəkildə məlumatlandırılacaq.


Elm və Təhsil Nazirliyi təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən bütün təhsilverənlərə uğurlar arzulayır!