Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
30 iyul -2 avqust tarixlərində keçirilmiş vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.
Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq.