Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşı Ramin Əkbərovun müəllifi olduğu “Drop by drop” startapı Türkiyənin Boğaziçi Universitetinin Akselerasiya proqramına qəbul edilib.
Universitetdən bildirilib ki, R.Əkbərovun startapı Azərbaycandan seçilən 5 startapdan biri olub.
Məlumat üçün qeyd edək ki, Boğaziçi Universitetində düzənlənən Akselerasiya proqramı Türkiyə Teknoloji Takımının (T3 Vakfı) dəstəyi ilə həyata keçirilir. Azərbaycandan olan startapçılar 14-19 avqust tarixlərində Türkiyəyə səfər edəcəklər.
Startapçılar bu proqramda iştirak imkanını 26-29 may tarixlərində Azərbaycanda keçirilən TEKNOFEST AZƏRBAYCAN festivalı çərçivəsində keçirilmiş “Take Off Baku” Startap Sammitində əldə ediblər. Onların təqdim etdikləri layihələr DropbyDrop, HealWith, Tenter, Asuniser, Enthouse, Safavy startaplarıdır.