Sloveniyanın paytaxtı Lyublyana şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib.
Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 4 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə, BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev, Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Vaqif Əliyev bürünc medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Nicat Abbasov isə həvəsləndirici mükafat əldə edib.
Məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq.