2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura pilləsini 10-dan çox, bakalavriat pilləsini isə 50-dək əcnəbi tələbə bitirib.

 

Magistratura pilləsi üzrə 4-ü Qazaxıstan, 5-i Çin,digərləri başqa ölkələrdən olan, bakalavriat pilləsi üzrə isə 13-ü Çin,30-u Türkmənistan,qalanları Rusiya,İran,Ukrayna və digər ölkələri təmsil edən gənclər ADNSU-da müxtəlif ixtisaslar üzrə təhsil alıblar.

 

Bir nəfər yəmənli məzun isə doktorantura pilləsində təhsilini uğurla başa vurub.