Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı 2018-19-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea „Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura ( 3 nəfər ) və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.
Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.