Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən “ADNSU Yay məktəbi 2018” davam edir. Avqustun 5-dən start götürən yay məktəbində Almaniya və Azərbaycandan olan bir qrup tələbə yerli mütəxəssislər tərəfindən “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrdə iştirak edir və eyni mövzuda çıxışlar edirlər.
Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də nəzərdə tutulub. İştirakçılar Səngəçal terminalı, Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkan, İçərişəhər, Heydər Əliyev Mərkəzində olub, eləcə də Şəki şəhərinə təşkil olunan ekskursiyada iştirak ediblər.
Qeyd edək ki, “ADNSU Yay məktəbi 2018” 5-18 avqust tarixlərində ADNSU-da keçirilir. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanıb.