Avqustun 13-də start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Avqustun 15-də keçiriləcək müsahibədə kimya, fizika və texnologiya müəllimi olmaq istəyən 764 namizədin iştirak edəcəyi gözlənilir. Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək.

 

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.