Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2022-ci il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.


Proqrama müraciət üçün tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz:  https://dp.edu.az/az/news/1203#.YffrAOpBzIW


Proqrama müraciət müddəti 1 fevral – 1 aprel 2022-ci il tarixlərini əhatə edir.


Sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün qeydiyyat linkini keçiddən əldə etmək mümkündür.


Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.


Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.