Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.
Yarımfinal turunda iştirak edəcək şagirdlərin adlısiyahısı ilə olimpiada.edu.az saytı vasitəsilə tanış olmaq mümkündür.
Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir.
Qeyd edək ki, növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!