Bakı Biznes Mərkəzində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” adı uğrunda keçirilən respublika müsabiqəsinin qaliblərinin rəsmi təltif olunması həsr edilən  tədbir keçirilib.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin aqromühəndislik fakültəsinin ilk həmkarlar təşkilatı da bu müsabiqədə iştirak edib və fəxri diploma layiq görülüb.

         

Qeyd edək  ki,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsinə üzv olan ali təhsil müəssisələri arasında ADAU-nun  aqromühəndislik fakültəsinin  həmkarlat təşkilatı bu mükafata layiq görülən yeganə ilk həmkarlar təşkilatıdır.

 

Mükafat universitet rəhbərliyinin həmin fakültədə sağlam və təhlükəsiz əmək şəraitini yüksək səviyyədə yaratdığına  görə verilib.