Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ikinci günü uğurla başa çatıb. İbtidai sinif üzrə keçirilmiş imtahanlarda 3197 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 58 bal qeydə alınıb.
İyulun 18-də ibtidai sinif üzrə (Azərbaycan bölməsi) keçirilən imtahanlarda 3590 namizədin iştirakı gözlənilir. İbtidai sinif üzrə imtahanlar iyulun 19-da da davam edəcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.