Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.
E.Qasımov səfirə BANM-in uğurlarından danışıb, Ali Məktəbə müraciət edən pakistanlı tələbələrin sayının ilbəil artığını bildirib. Rektorun sözlərinə görə, artıq iki pakistanlı tələbə BANM – in təqaüdü ilə bu ali məktəbdə təhsil alır. E.Qasımov səfiri akademik heyətlə və tələbələrlə də görüşə dəvət edib.
Pakistanın səfiri Bilal Haye isə Bakı Ali Neft Məktəbi kimi beynəlxalq səviyyəli ali təhsil müəssisəsinin fəaliyyətini yaxından izlədiyini qeyd edib, ən qısa zamanda rektorun dəvət təklifini dəyərləndirəcəyini və professor-müəllim heyəti, tələbələrlə görüşə gələcəyini deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Pakistanda Bakı Ali Neft Məktəbinin diplomlarının akkreditasiya məsələsi geniş müzakirə olunub.