Bu gün Stokholmda İsveç Kral Akademiyası tərəfindən 2021-ci il üzrə kimya sahəsində Nobel mükafatı laureatlarının adları elan olunub.
Yüksək elmi mükafata “Asimmetrik orqanokatalizin inkişafına görə” Almaniyadan Maks Plank adına İnstitutdan Benjamin List və amerikalı, Prinston Universitetinin professoru Devid Makmillian layiq görülüblər.
Ötən ildə olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı 10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.
Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred Nobelin doğum günündə keçiriləcək.
Oruc MUSTAFAYEV