Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.
Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:
- - Ali təhsil;
- - Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
- - Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
- - "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı;
- - Təşkilatçılıq bacarığı;
- - Komanda ilə işləmək bacarığı;
- - Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;
- - Yaş həddi: 27 yaşdan yuxarı
Namizədlər öz CV-lərini mdm@arti.edu.az e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...
Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur.
https://cutt.ly/ymDZwW6