Dövlət İmtahan Mərkəzinin I-ci ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb.
Bu qrup üzrə ən yüksək nəticəni Əbil Şəfiyev göstərib. Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbi bitirən abituriyent 697,1 bal toplayıb.
I-ci ixtisas qrupunun lideri Əbil Şəfiyevin seçimi isə Bakı Ali Neft Məktəbi (BANM) olub.
Bu barədə BANM-dən bildirilib.