Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub.
Təhsil ocağından bildirilib ki, yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib.
Onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur və onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.