İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İran İslam Respublikasının Xarəzmi Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin müzakirə olunduğu görüşdə çıxış edən rektor, professor M.Babanlı görüşü gələcək birgə işlərin başlanğıcı kimi dəyərləndirib. Xarəzmi Universiteti ilə ikili proqramların tərtib edilməsi, yeni elmi layhələrin hazırlanması və mübadilə sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyən rektor M.Babanlı bir çox istiqamətlərdə, xüsusən də elmi sahədə birgə işlərin görülməsinin, informasiya texnologiyaları, cihazqayırma mühəndisliyi sahəsində və nefin-qazın avtomatlaşdırılması sahəsində birgə işlər görülməsinin əhəmiyyətinə toxunub.
ADNSU ilə birgə elmi layihələrin həyata keçirilməsində və əməkdaşlıq müqaviləsindən irəli gələn bütün sahələrdə birgə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıran Xarəzmi Universitetinin nümayəndə heyəti iki universitetin bu istiqamətdə fəaliyyətini birləşdirməsinin vacib oduğunu bildirb. Nümayəndə heyəti ADNSU-nun startap layihələri ilə bağlı əməkdaşlığa da önəm verdiklərini və İranda da tətbiq edilə və bazara çıxarıla biləcək layihələrin olduğuna dair məlumat verib.
Daha sonra qonaqlar universitetin “eazi START” startap məktəbində və “Lazer mərkəzi”ndə olublar.