Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vəzifəsi üzrə elan edilən müsabiqə davam edir.  

 

Sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcək. Müraciət etmək istəyən şəxslər TKTA-nın rəsmi internet səhifəsinə (www.tkta.edu.az) daxil olub vakansiya tələbləri ilə tanış olduqdan sonra məlumatlarını göndərə bilərlər.

 

Qeyd edək ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.