Asiya universitetlərinin yeni reytinqi açıqlanıb


İyunun 2-də Böyük Britaniyanın “Times Higher Education”  (THE) şirkəti Asiya qitəsinin ən yaxşı universitetlərinin növbəti reytinq sıralamasını (“Times Higher Education Asia 2021”) dərc edib. Reytinqdə ənənəvi olaraq Cənubi Koreya və Cənub-Şərqi Asiya universitetləri ilə rəqabət aparan Çin universitetləri liderlik edir. Reytinqə əsasən qitənin 2 ən yaxşı universiteti Çində yerləşir. Bununla yanaşı, Yaponiya reytinqdə bu il 116 müəssisə ilə ən çox təmsil olunan ölkədir (ötən il 110 ilə müqayisədə). Yaponiya altı il ərzində reytinqdə ən yaxşı nəticələrə imza atıb - 2015-ci ildən bəri ilk dəfə olaraq Asiyanın ən yaxşı 10 universitetindən ikisi bu ölkədə yerləşir.  Çin reytinqə Yaponiyadan sonra ən çox universitetlə -  91 təhsil müəssisəsi ilə daxil olan ikinci ölkədir.  Hindistan sıralamada 63 universitetlə yer alan üçüncü ən böyük ölkədir. Honkonq ilk 10-luqda ən çox təmsil olunan ərazidir, burada üç universitetin adı sıralamaya daxil olub.

 

Reytinqdə Türkiyənin 42 universiteti yer alıb. Onlardan Sabançı Universiteti ilk 100-lükdə (69-cu yer) yerləşib. 2021-ci ilin reytinqinə 30 ərazidən 551 universitet daxil olub. “Asiya universitetlərinin reytinqi ildən-ilə daha rəqabətli olur”, - deyə THE-nin informasiya texnologiyaları üzrə baş mütəxəssis Fil Beti bildirib.

 

THE qlobal reytiqdə istifadə olunan eyni 13 səmərəlilik göstəricisindən yararlanıb. Universitetlərin  tam və balanslı müqayisəsini təmin etmək üçün onların bütün akademik missiyaları  - tədris, tədqiqat, bilik ötürülməsi və beynəlxalq dünyagörüşü əsas hesab olunur. Universitetlər tədris (25%), tədqiqat (30%), elmi məqalələrdən sitat gətirmə (30%), beynəlxalq perspektivlər (7,5%) və sahənin gəlirləri (7,5%) üzrə qiymətləndirilir.

 

Qeyd etmək lazımdır ki, THE (Times Higher Education) World University Rankings dünya universitetlərinin ən nüfuzlu reytinqlərindən biridir, reytinqdə dərc olunan bütün universitetlər diqqətlə seçilir və dünyanın ən yaxşı təhsil müəssisələri arasında yer alır.

 

Reytinqlə daha ətraflı https://www. timeshighereducation.com/news/asia-university-rankings-2021-results-announced səhifəsindən tanış olmaq olar.

 

Rey-tinq

Ali məktəbin adı

Ölkə

1

Tsinghua University

Çin

2

Peking University

Çin

3

National University of Singapore

Sinqapur

4

University of Hong Kong

Honkonq

5

Nanyang Technological University, Singapore

Sinqapur

6

The University of Tokyo

Yaponiya

7

Chinese University of Hong Kong

Honkonq

8

The Hong Kong University of Science and Technology

Honkonq

9

Seoul National University

Cənubi Koreya

10

Kyoto University

Yaponiya

11

Fudan University

Çin

12

Zhejiang University

Çin

13

Korea Advanced Institute of Science and Technology (KAIST)

Cənubi Koreya

14

Sungkyunkwan University (SKKU)

Cənubi Koreya

15

University of Science and Technology of China

Çin

16

Shanghai Jiao Tong University

Çin

17

Nanjing University

Çin

18

Pohang University of Science and Technology (POSTECH)

Cənubi Koreya

19

City University of Hong Kong

Honkonq

20

National Taiwan University (NTU)

Tayvan

21

Ulsan National Institute of Science and Technology (UNIST)

Cənubi Koreya

22

Korea University

Cənubi Koreya

23

Hong Kong Polytechnic University

Honkonq

24

Yonsei University (Seoulcampus)

Cənubi Koreya

25

Tel Aviv University

İsrail

26

Southern University of Science and Technology (SUSTech)

Çin

27

Tohoku University

Yaponiya

28

King Abdulaziz University

Səudiyyə Ərəbistanı

29

Kyung Hee University

Cənubi Koreya

30

Taipei Medical University

Tayvan

31

Alfaisal University

Səudiyyə Ərəbistanı

32

Macau University of Science and Technology

Makao

33

Hebrew University of Jerusalem

İsrail

34

Huazhong University of Science and Technology

Çin

35

Qatar University

Qatar

36

Beijing Normal University

Çin

37

Indian Institute of Science

Hindistan

38

University of Macau

Makao

=39

Sun Yat-sen University

Çin

=39

United Arab Emirates University

Birləşmiş Ərəb Əmirlikləri

41

Wuhan University

Çin

=42

Hanyang University

Cənubi Koreya

=42

Khalifa University

Birləşmiş Ərəb Əmirlikləri

44

Central South University

Çin

45

Kurdistan University of Medical Sciences

İran

46

Sejong University

Cənubi Koreya

47

Tongji University

Çin

48

Tokyo Institute of Technology

Yaponiya

49

University of Malaya

Malayziya

=50

American University of Beirut

Livan

=50

South China University of Technology

Çin

52

Nagoya University

Yaponiya

53

King Saud University

Səudiyyə Ərəbistanı

54

National Tsing Hua University

Tayvan

55

Indian Institute of Technology Ropar

Hindistan

=56

Harbin Institute of Technology

Çin

=56

Nankai University

Çin

58

Sharif University of Technology

İran

59

Babol Noshirvani University of Technology

İran

60

Universiti Brunei Darussalam

Bruney Darussalam

61

East China Normal University

Çin

62

Hong Kong Baptist University

Honkonq

63

Osaka University

Yaponiya

64

China Medical University, Taiwan

Tayvan

65

Hunan University

Çin

66

University of Occupational and Environmental Health, Japan

Yaponiya

67

Tianjin University

Çin

=68

Jordan University of Science and Technology

İordaniya

=68

Sabancı University

Türkiyə

70

Amirkabir University of Technology

İran

71

Southeast University

Çin

72

Xi’an Jiaotong University

Çin

73

Koç University

Türkiyə

=74

Gwangju Institute of Science and Technology

Cənubi Koreya

=74

Kyushu University

Yaponiya

76

Iran University of Science and Technology

İran

77

Tokyo Medical and Dental University (TMDU)

Yaponiya

=78

Indian Institute of Technology Indore

Hindistan

=78

National Yang-Ming University

Tayvan

=80

Cankaya University

Türkiyə

=80

Northwestern Polytechnical University

Çin

=80

Technion Israel Institute of Technology

İsrail

83

Shenzhen University

Çin

=84

Beihang University

Çin

=84

King Fahd University of Petroleum and Minerals

Səudiyyə Ərəbistanı

=84

University of the Philippines

Filippin

=87

Beijing Institute of Technology

Çin

=87

University of Peradeniya

Şri Lanka

89

Zhejiang Normal University

Çin

90

National Chiao Tung University

Tayvan

91

National Taiwan University of Science and Technology (Taiwan Tech)

Tayvan

92

University of Electronic Science and Technology  of China

Çin

93

Soochow University

Çin

=94

Tehran University of Medical Sciences

İran

=94

University of Tsukuba

Yaponiya

96

Xiamen University

Çin

97

National Cheng Kung University (NCKU)

Tayvan

=98

Chung-Ang University

Cənubi Koreya

=98

Hokkaido University

Yaponiya

=100

University of Kashan

İran

 

 

Oruc MUSTAFAYEV