Universitetlərin 2021-ci il üzrə Şanxay reytinqi açıqlanıb


Çinin “Shanghai Ranking Consultancy” konsaltinq şirkəti  2021-ci il   fənlər üzrə dünya universitetlərinin əhatəli və obyektiv reytinqini  (Global Ranking of Academic Subjects 2021)  təqdim edib.  Bu il reytinq cədvəlində 54 fənn üzrə universitetlərin təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb və sosial elmlər üzrə reytinqləri göstərilib. Dünyanın 93 ölkə və regionundan 4000 universitetdən 1800-dən çoxu reytinqə düşüb.  ABŞ universitetləri 30 fənn üzrə lider mövqelərini nümayiş etdirir.  Çin universitetləri 13 fənn üzrə daha iki mövqe irəli çıxıblar.  Harvard Universiteti 15 fənn üzrə ən yaxşı təhsil müəssisəsidir. Onlardan 6 sosial, 4 tibb, 3 mühəndislik, 2 həyat elmlərinin payına düşür. MIT 6 fənn üzrə birinci yeri tutur, onlardan 5-i mühəndislikdir. Bu isə MIT-ın adıçəkilən sahədə ən güclü akademik uğurlarını sərgiləyir. Ötən ildən fərqli olaraq, birdən çox fənn üzrə liderlik edən universitetlərin sayı 7-dən 4-ə enib, nəticədə Harvard Universiteti bir sıra digər fənlərdə də irəli çıxa bilib.  ABŞ-ın Boulder şəhərində yerləşən Kolorado Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT),  həmçinin Böyük Britaniyadan olan Oksford Universiteti öz mövqelərini qoruyub.

 

Üstəlik, üç yeni iştirakçı, Çinin Cənub-Şərq,  Siana və Sidyan universitetləri bu ilin reytinq cədvəlində nəqliyyat elmləri və texnologiyaları, maşınqayırma və telekommunikasiya mühəndisliyi sahəsində mükəmməl göstəricilərinə görə uğurlu görünür.

 

Bütün fənlərin reytinq cədvəlində neçə dəfə göründüyünü hesablasaq, ABŞ-dan müvafiq universitetlər 4782,  ardınca Çin universitetləri 2895,   Birləşmiş Krallıqdan olan universitetlər 1623 dəfə diqqəti çəkir.  Britaniya Kolumbiyası Universiteti, Yeni Cənubi Uels Universiteti, Sinqapur Milli Universiteti, Ohayo-Kolumbus Dövlət Universiteti, Minnesota Universiteti,  Melburn Universiteti, McGill Universiteti və Toronto Universiteti reytinq cədvəlində 50-dən çox fənn üzrə təmsil olunub.

 

Reytinqlər beynəlxalq akademik mükafatlar, ali akademik nailiyyətlər, tədqiqat keyfiyyəti və beynəlxalq əməkdaşlıq da daxil olmaqla müvafiq fənlər üzrə dünya universitetlərinin müvəffəqiyyətini izləmək üçün bir sıra obyektiv akademik göstəricilərdən və kənar məlumatlardan istifadə edir. 2021-ci ildə beynəlxalq akademik mükafatlar indeksi  tərəfindən keçirilən akademik üstünlük sorğusuna (AES) əsaslanır.

 

Reytinqin tərtib olunmasında istifadə olunan sorğuda 2021-ci ilin fevral ayına qədər aparıcı dünya universitetlərindən 1122 professor iştirak edib. Onlar 64 fənn üzrə 95 universitet və 17 ölkə/bölgəni təmsil edir. Onların cavabları 48 fənn üzrə 164 aparıcı jurnal, 27 fənn üzrə 32 ali mükafat və informatika və mühəndislik üzrə 26 aparıcı konfransı müəyyən edib.

 

Qeyd edək ki,  müstəqil təşkilat olan “ShanghaiRanking Consultancy” ali təhsil və konsaltinq sahəsində tədqiqatlar üzrə ixtisaslaşıb.  2009-cu ildən Dünya Universitetlərinin Akademik reytinqinin rəsmi naşiridir.

 

Akademik tədqiqat aşağıdakı meyarlar üzrə universitetlərin seçilməsini həyata keçirir: tədqiqat və elmi fəaliyyətin keyfiyyəti, sitat gətirmə indeksi, beynəlxalq tərəfdaşlıq çərçivəsində əməkdaşlıq, elmi sahənin reytinq nəşrlərində dərc olunan məzmunun sayı, nüfuzlu mükafatlara sahib olan işçilərin sayı.

 

 

Fənlər

Ali məktəbin adı

Ölkə

Riyaziyyat

Paris-Saclay University

Fransa

Fizika

Massachusetts Institute of Technology(MIT)

ABŞ

Kimya

University of California, Berkeley

ABŞ

Yer haqqında elmlər

University of Colorado at Boulder

ABŞ

Coğrafiya

University of Oxford

Böyük Britaniya

Ekologiya

University of Oxford

Böyük Britaniya

Okeanoqrafiya

University of Washington

ABŞ

Atmosfer haqqında elm

University of Colorado at Boulder

ABŞ

Maşınqayırma

Xi'an Jiaotong University

Çin

Elektrotexnika və elektron layihələndirmə

Massachusetts Institute of Technology (MIT)

ABŞ

Avtomatlaşdırma və nəzarət sistemlərinin layihələndirilməsi

Massachusetts Institute of Technology (MIT)

ABŞ

Telekommunikasiyanın layihələndirilməsi

Xidian University

Çin

Elm və texnika

Harbin Institute of Technology

Çin

Biomedikal mühəndisliyi

Harvard University

ABŞ

Informatika və mühəndislik

Massachusetts Institute of Technology (MIT)

ABŞ

Mülki tikinti

Tongji University

Çin

Kimya  mühəndisliyi

Massachusetts Institute of Technology (MIT)

ABŞ

Materialşünaslıq və mühəndislik

Massachusetts Institute of Technology (MIT)

ABŞ

Nanonelm və nanotexnologiya

Nanyang Technological University

Sinqapur

Enerji elmləri və mühəndislik

Tsinghua University

Çin
 

Ekologiya və mühəndislik

Harvard University

ABŞ

Su ehtiyatları

ETH Zurich

İsveçrə

Qida elmi və texnikası

Jiangnan University

Çin

Biotexnologiya

Harvard University

ABŞ

Aerokosmik texnika

Beihang University

Çin

Dünya okeanı mühəndisliyi

Shanghai Jiao Tong University

Çin

Nəqliyyat elmləri və texnikası

Southeast University

Çin

Uzaqdan zondlaşdırma

Wuhan University

Çin

Mədən sənayesi

Central South University

Çin

Metallurgiya maşınqayırması

University of Science and Technology Beijing

Çin

Biologiya elmləri

Harvard University

ABŞ

Insan bioloji elmləri

Harvard University

ABŞ

Kənd təsərrüfatı elmləri

Wageningen University & Research

Niderland

Baytarlıq elmləri

Ghent University

Belçika

Klinik tibb

Harvard University

ABŞ

Ictimai səhiyyə

Harvard University

ABŞ

Diş xəstəlikləri elmləri

University of Michigan-Ann Arbor

ABŞ

Qulluq

University of Pennsylvania

ABŞ

Tibbi texnologiya

Harvard University

ABŞ

Farmokologiya və əczaçılıq elmləri

Harvard University

ABŞ

İqtisadiyyat

University of Chicago

ABŞ

Statistika

Harvard University

ABŞ

Qanun

Yale University

ABŞ

Siyasi elmlər

Harvard University

ABŞ

Sosiologiya

Harvard University

ABŞ

Təhsil

Harvard University

ABŞ

Kommunikasiya

University of Amsterdam

Niderland

Psixologiya

Harvard University

ABŞ

Biznesin administrasiyası

Erasmus University Rotterdam

Niderland

Maliyyə

New York University

ABŞ

Menecment

National University of Singapore

Sinqapur

İctimaiyyət

Aarhus University

Danimarka

Qonaqpərvərlik və turizm

Polytechnic University  China- Hong Kong

Honkonq

Kitabxana və informasiya elmləri

Harvard University

ABŞ

 

 

Oruc MUSTAFAYEV