19-24 iyun tarixlərində Yunanıstanın Rodos adasında keçirilən yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) məktəblilərimiz 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar. Bununla da azərbaycanlı şagirdlər 6 medal qazanaraq 100 faizlik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.
Olimpiadada “İstək” liseyinin şagirdi Murad Ağayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Fərid İsmayılov gümüş, 220 nömrəli tam orta məktəbinin şagirdi Yusif Qasımov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Babayeva, Rəşad Musayev bürünc medal qazanıblar.