Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreya Respublikasında səfər edib. Nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili daxildir.

 

Səfərin ilk günü Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutunda (KRIVET) görüşlər keçirilib. Görüşlərdə Koreya Respublikasının peşə təhsil sahəsində təcrübəsinin öyrənilməsi, həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub, peşə təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Daha sonra nümayəndə heyəti  Görüş zamanı peşə təhsili sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib, Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinə cəlb ediləcək ixtisaslı kadrların təlimləndirilməsi və hazırlığı məsələləri, tədris proqramlarına dair fikir mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində nümayəndə heyəti “Hyundai Motor Company” və “POSCO” polad istehsalı müəssisələrinə səfər edib, müəssisələrdə təlim və işə qəbulolunma şərtləri ilə yaxından tanış olub.

 

Koreya Dövlət Politexnik Peşə məktəbindəki görüş zamanı peşə məktəblərinin idarəedilməsi, keyfiyyət təminatı və monitorinqinə dair məsələlər müzakirə edilib, məktəbin sinif otaqları və emalatxanalarına baxış keçirilib.