Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.
Böyük summativ qiymətləndirmə müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaq məqsədlərinə xidmət edir.
Qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.
Böyük summativ qiymətləndirmə müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.
Qeyd edək ki, böyük summativ qiymətləndirmənin nəticələri şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.