Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir. Sorğuda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.

 

UNEC-dən buldirilib ki, sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları, cavabları məxfi qalacaq.

 

Sorğuya keçid üçün: https://sorgu.ada.edu.az/