“Sağlam təhsil” siniflərində ənənəvi dərslər davam edir. Dərslər həftədə 3 dəfə olmaqla keçirilir. “Sağlam təhsil” məktəbəhazırlıq qruplarında da ənənəvi dərslər həftədə iki dəfə nəzərdə tutulmaqla bərpa olunub.
Dərslər sanitar-gigiyenik qaydalara ciddi əməl olunan bir şəraitdə təşkil edilir.
Qeyd edək ki, bu layihə Sumqayıtda 1, Bakıda 38 olmaqla, ümumilikdə 39 məktəbin 170 ibtidai sinfində tətbiq edilir. 2019-2020-ci tədris ilində inklüziv sinifləri olan 4 məktəb üzrə 32 sinifdə, 7 xüsusi təhsil məktəbi üzrə 42 sinifdə həyata keçirilib.
Jalə MƏMMƏDLİ