Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin tətbiqi məqsədilə xarici universitetlərdən 9 professor və alim tədrisə cəlb olunub.

 

Universitetdən bildirilib ki, III moduldan etibarən Rusiya, Türkiyə, Portuqaliya və Macarıstanın aparıcı ali məktəblərinin alimləri UNEC-də bakalavr, eləcə də magistratura pilləsi üzrə təhsil alan tələbələrə distant formada dərs deyəcəklər.

 

Türkiyənin İzmir Bakırçay, Selçuk, Ankara Hacı Bayram Veli, Qaradəniz Texniki universitetlərinin, Rusiyanın Belqorod Milli Tədqiqat İnstitutunun, Portuqaliyanın Avropa Biznes Məktəbinin, Kiprin Doğu Akdeniz Universitetinin professorları  tədris müddətində təmsil etdikləri ali təhsil müəssisələrinin təcrübəsini UNEC tələbələri ilə bölüşəcək.