Dünyanın ən beynəlmiləl universitetlərinin reytinqi açıqlanıb


Böyük Britaniyanın “Times Higher Education” dərgisinin son tədqiqatı dünyanın ən beynəlmiləl universitetlərinə həsr olunub. Tədqiqata əsasən dünyanın ən beynəlmiləl mühitində təhsil almaq istəyən perspektivli tələbələr İsveçrə, Honkonq, Sinqapur və ya Böyük Britaniya universitetlərinə sənəd təqdim etməlidirlər. Universitetlər öz təbiətinə görə qlobal təşkilatlardır. Bir qayda olaraq, onlarda dünyanın hər yerindən tələbə və alimlər cəmiyyəti yaşayır və onlar dünyanın bir sıra ən aktual problemlərini  tədqiqatlar vasitəsilə həll edirlər. Beynəlxalq tələbələrin, əməkdaşların ballarından, beynəlxalq müəlliflik və “Times Higher Education World University Rankings 2021” üçün toplanan beynəlxalq nüfuz göstəricilərindən istifadə edilərək tərtib edilmiş son sıralama  göstərir ki, yuxarıda adları çəkilən dörd ölkədə  dünyanın ən beynəlmiləl universitetləri yerləşir. Bütün bu müəssisələrdə xarici tələbə və işçilərin payı yüksəkdir, onlar dünyanın hər yerindən gələn alimlərlə tədqiqatlarda əməkdaşlıq edir və bütün dünyada yaxşı nüfuza malikdirlər.  Tədqiqatlar göstərir ki, tələbələrin müxtəlif icmaları tədris prosesini yaxşılaşdırır, tələbələr üçün xaricdə vaxt keçirmək imkanları isə onları dünya vətəndaşı olmağa daha yaxşı hazırlayır.

 

Reytinqə əsasən dünyanın ən beynəlmiləl  beş universiteti bunlardır:

 

1. Honkonq Universiteti

Universitet öz qarşısına “Qlobal Asiya Universiteti” olmaq vəzifəsini qoyub ki, bu da 2022-ci ilə qədər bütün tələbələrinə Honkonq  xaricində təhsil almaq üçün fürsət vermək məqsədi daşıyır. Ümumiyyətlə, Honkonq Universitetində 30 mindən çox tələbə təhsil alır ki, onların da 35 faizdən çoxu əcnəbidir. Müəssisədə tədris  ingilis dilində aparılır, təhsil isə tələbələri dünyanın istənilən yerində uğur qazana biləcək dünya vətəndaşı olmağa hazırlamaq üçün beynəlxalq istiqamətə malikdir.

 

2. ETH Zürix

Təəccüblü deyil ki, İsveçrədə dünyanın ən beynəlxalq universitetlərindən biri yerləşir. ETH Sürix İsveçrənin ən böyük şəhəri olan Sürixdə yerləşir. Əsas danışıq dili İsveçrə alman dilidir, lakin universitet ingilis dili kurslar da təklif edir. Bu təhsil müəssisəsində 120-dən çox ölkədən  22000-dən çox  tələbə təhsil alır və o,  Avropa qitəsinin  ən yaxşı universitetidir. Universitet STEAM sahəsində tədris və tədqiqatlar üzrə ixtisaslaşıb, ali məktəbin məzun  və müəllimlərindən  21 nəfər Nobel mükafatı alıb. Onların arasında ən məşhurlarından biri Albert Eynşteyndir.

 

3. Honkonq Çin Universiteti

Honkonq Çin Universitetində 50-dən çox ölkədən tələbə təhsil alır. Universitetin 36-dan çox ölkə və regiondakı 280-dən artıq müəssisə ilə mübadilə üzrə tərəfdaşlığı var. Təxminən 6000 tələbə xaricdə oxuyur və ya xaricdə təhsil proqramında, təcrübədə iştirak edir.

 

4. Oksford Universiteti

Oksford Universiteti təkcə dünyanın ən yaxşı universiteti deyil, həm də ən beynəlmiləl universitetlərdən biridir.  Universitetin tələbələrinin üçdə birindən çoxu 160 ölkə və ərazidən olan xarici tələbələrdir. Əslində, xarici tələbələr yüzilliklər boyu Oksford Universitetində təhsil alıblar. İlk xarici tələbə ali məktəbə 1190-cı ildə gəlib. Universitetin işçilərinin demək olar ki, yarısı  əcnəbidir və ali məktəbin  dünyanın bir çox digər müəssisələri ilə əlaqələri var.

 

5. London İmperial Kolleci

Kollec  elm, texnika, tibb və biznes sahələrində ixtisaslaşmışdır. Tələbələrin 60 faizdən çoxu əcnəbidir, bakalavr tələbələri isə 125-dən çox ölkəni təmsil edir.

 

Reytinqlə daha ətraflı www.timeshighereducation.com/student/best-universities/most-international-universities-world səhifəsindən tanış olmaq olar.

 

 

 

Tutduğu yer

Dünya reytinqində yeri (2021)

Ali  təhsil müəssisəsinin adı

Ölkə

1

39

University of Hong Kong

Honkonq

2

14

ETH Zurich

İsveçrə

3

56

Chinese University of Hong Kong

Honkonq

4

1

University of Oxford

Böyük Britaniya

5

11

Imperial College London

Böyük Britaniya

6

25

National University of Singapore

Sinqapur

7

6

University of Cambridge

Böyük Britaniya

8

155

Trinity College
Dublin

İrlandiya Respublikası

9

47

Nanyang Technological University, Singapore

Sinqapur

10

16

UCL

Böyük Britaniya

11

164

University of Vienna

Avstriya

12

78

Delft University of Technology

Niderland

13

35

King’s College London

Böyük Britaniya

14

147

University of Auckland

Yeni Zelandiya

15

59

Australian National University

Avstraliya

15

27

London School of Economics and Political Science

Böyük Britaniya

17

34

University of British Columbia

Kanada

18

30

University of Edinburgh

Böyük Britaniya

19

73

University of Zurich

İsveçrə

20

77

University of Warwick

Böyük Britaniya

21

67

UNSW Sydney

Avstraliya

22

40

McGill University

Kanada

23

51

University of Manchester

Böyük Britaniya

23

31

University of Melbourne

Avstraliya

25

149

Durham University

Böyük Britaniya

26

5

Massachusetts Institute of Technology

ABŞ

27

62

The University of Queensland

Avstraliya

28

66

University of Amsterdam

Niderland

29

84

University of Copenhagen

Danimarka

30

18

University of Toronto

Kanada

31

64

Monash University

Avstraliya

32

51

University of Sydney

Avstraliya

33

87

École Polytechnique

Fransa

34

80

University of Groningen

Niderland

35

201-250

Aalto University

Finlandiya

36

70

Leiden University

Niderland

37

4

California Institute of Technology

ABŞ

38

69

McMaster University

Kanada

39

155

University of Cape Town

Cənubi Afrika Respublikası

40

103

Lund University

İsveç

41

127

University of Oslo

Norveç

41

2

Stanford University

ABŞ

43

3

Harvard University

ABŞ

43

9

Princeton University

ABŞ

45

106

Aarhus University

Danimarka

46

75

Utrecht University

Niderland

47

28

Carnegie Mellon University

ABŞ

47

17

Columbia University

ABŞ

49

45

KU Leuven

Belçika

50

38

Georgia Institute of Technology

ABŞ

51

111

Uppsala University

İsveç

52

116

Vrije Universiteit Amsterdam

Niderland

53

183

Stockholm University

İsveç

54

301-350

University of Malaya

Malayziya

55

46

Paris Sciences et Lettres – PSL Research University Paris

Fransa

56

118

Free University of Berlin

Almaniya

57

7

University of California, Berkeley

ABŞ

58

12

Johns Hopkins University

ABŞ

59

19

Cornell University

ABŞ

60

10

The University of Chicago

ABŞ

61

41

Technical University of Munich

Almaniya

62

94

Purdue University West Lafayette

ABŞ

63

124

Rice University

ABŞ

64

80

Humboldt University of Berlin

Almaniya

64

401-500

Technion Israel Institute of Technology

İsrail

66

8

Yale University

ABŞ

67

98

University of California, Irvine

ABŞ

68

26

New York University

ABŞ

69

68

University of California, Santa Barbara

ABŞ

70

87

Sorbonne University

Fransa

71

42

Heidelberg University

Almaniya

71

201-250

Karlsruhe Institute of Technology

Almaniya

73

54

Boston University

ABŞ

74

64

University of California, Davis

ABŞ

75

15

University of California, Los Angeles

ABŞ

75

32

LMU Munich

Almaniya

77

103

Ghent University

Belçika

78

78

University of Tübingen

Almaniya

79

401-500

Charles University in Prague

Çex Respublikası

79

136

University of Paris

Fransa

81

13

University of Pennsylvania

ABŞ

82

33

University of California, San Diego

ABŞ

83

98

University of Helsinki

Finlandiya

84

20

Duke University

ABŞ

85

53

University of Southern California

ABŞ

88

201-250

University of Massachusetts

ABŞ

86

114

University of Bonn

Almaniya

86

105

Michigan State University

ABŞ

88

61

Brown University

ABŞ

90

107

RWTH Aachen University

Almaniya

91

198

University of Barcelona

İspaniya

92

24

Northwestern University

ABŞ

93

201-250

Hebrew University of Jerusalem

İsrail

94

184

Arizona State University (Tempe)

ABŞ

95

174

Lomonosov Moscow State University

Rusiya Federasiyası

95

301-350

North Carolina State University

ABŞ

97

191

Tel Aviv University

İsrail

99

80

Ohio State University (Main campus)

ABŞ

100

101

Sungkyunkwan University (SKKU)

Cənubi Koreya Respublikası

 

 

Oruc MUSTAFAYEV