Ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.

 

İki mərhələrdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunacaq. Hər müəllim yalnız  bir  onlayn  dərs  modeli ilə  müsabiqədə iştirak edə bilər.

 

Müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı  onlayn dərs modeli seçilərək mk@baku.edu.gov.az  elektron ünvanına göndəriləcək. 15 mart-15 aprel  tarixlərində keçirilməsi planlaşdırılan müsabiqənin şəhər mərhələsində məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.

 

Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə 3  onlayn dərs tədris edən müəllim  I, 3 onlayn dərs tədris edən müəllim II, 3 onlayn dərs tədris edən müəllim III yerə,  yuxarı  sinif kateqoriyası üzrə isə 5  onlayn dərs tədris edən müəllim I, 5  onlayn dərs tədris edən müəllim II, 5 onlayn dərs tədris edən müəllim III yerə layiq  görüləcək.

 

 Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15  onlayn dərs tədris edən müəllimə tərifnamə təqdim olunacaq.

 

“Onlayn dərs” adlı müsabiqənin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri