Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.
Şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.
Gəncə, Quba, İsmayıllı, Ağstafa, Daşkəsən, Şəki, Ağdam və Füzulidə yerləşən məktəblərdən bu günə dair görüntüləri təqdim edirik.