Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunur.
Eyni zamanda həmin tarixdən Təhsil Nazirliyinin tabeliyindəki və ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa edilir.
Qeyd edək ki, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ibtidai siniflərdə ənənəvi tədris qismən bərpa olunub.