Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutu arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədə AzTU-nun rektoru Vilayət Vəliyev və Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutunun rektoru Valeriy Pilyavskiy imza atıb.
Müqavilədə tərəflərin birgə elmi-praktiki seminar və konfranslar keçirməsi, həmçinin distant təhsil və elektron təlimlər üçün metodiki dərs vəsaitləri hazırlaması, qabaqcıl innovativ texnologiyalar üzrə təcrübə mübadiləsi aparması, elmi, elmi-metodiki məqalə, monoqrafiya, dərs vəsaitlərini hazırlayıb nəşr etməsi qeyd olunub.
Bu barədə AzTU-dan məlumat verilib.