DİM DAAD-ın Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığa başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır.
DİM-dən bildirilib ki, layihə çərçivəsindəki təlimlər 17 fevral -18 mart tarixlərində reallaşdırılacaq və 5 həftə davam edəcək.
Xarici dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) təqdimatı, alman dili üzrə biliyin qiymətləndirilməsi zamanı bu çərçivə sənədindən istifadə ilə bağlı tövsiyələr, müxtəlif dil bacarıqlarının (dinləmə, oxu, yazı, danışıq) qiymətləndirilməsinə dair xüsusi mövzular əhatə olunacaq.
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsindəki təlimlər dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Ruhr Universitenin müəllimi Anna Soltyska tərəfindən həyata keçiriləcək.