Sentyabr ayından bu günə qədər koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb. Yoluxma qeydə alınan şagirdlərin sayı 14 758, təhsil işçisi isə 7090 nəfər olub.

 

Bu statistikanı bu gün keçirilən brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev açıqlayıb.

 

Onun sözlərinə görə, yoluxanların 4411 nəfəri 5-9-cu sinif şagirdi, 7525 nəfəri isə 10-11-ci sinif şagirdidir.

 

Fevralın 1-dən ənənəvi tədrisə başlayacaq ibtidai sinif şagirdləri arasında da yoluxanlar olub. Onların sayı 2246 nəfər təşkil edib.

 

Təhsil nazirinin müşaviri koronavirusun qarşısının alınması üçün məktəblərdə bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb. Bildirib ki, şagirdlərin və müəllimlərin hərarətinin ölçülməsi, ara məsafəsinin qorunması, gigiyena qaydalarına riayət olunmasına ciddi nəzarət ediləcək. Temperaturunun yüksək olması müşahidə edilənlər dərhal təcrid olunacaq və zəruri tədbirlər görüləcək.

 

Ruhiyyə