Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə “Bu günün rəssamı” layihəsinə start verilib.
Müasir Azərbaycan rəssamlarının sərgilərinin təşkilini nəzərdə tutan layihənin ideya müəllifi Sarayın direktoru Ramil Qasımovdur.
Layihədə əsas məqsəd vətənpərvərliyin tablolarda tərənnüm olunması, gənc və istedadlı rəssamların cəmiyyətə tanıdılması və bacarıqlarının inkişaf etdirilməsidir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin tələbələri layihəyə ilk iştirakçılar olaraq qatılıb.
Onlar rəsmlərində Vətənə, Müzəffər Ordumuza və şanlı Azərbaycan əsgərlərinə məhəbbət və ehtiramlarını ifadə ediblər.
Bu barədə ADMİU-dan bildirilib.