Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu Azərbaycanın işğaldan azad olunan ərazilərində müdafiə tematikası üzrə elmi-tədqiqat işləri həyata keçirəcək.

 

İnstitutdan verilən məlumata görə, bu proqramlardan biri də müasir avadanlıqlardan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqidir. 30 ilə yaxın işğal altında qalan ərazilər ermənilər tərəfindən radioaktiv çirklənməyə məruz qalıb.

 

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev bildirib ki, Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının tullantılarının Ağdərə və Kəlbəcər ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur. O, Qarabağda yüksək texnologiyalardan istifadə etməklə radioekoloji tədqiqatların aparılmasının planlaşdırıldığını söyləyib.