Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva nüfuzlu beynəlxalq konfransın Elmi Komitəsinə üzv seçilib.

 

Universitetdən bildirilib ki, 21-22 yanvar tarixində Çexiyada keçiriləcək Ənənəvi və bərpa olunan enerji ehtiyatları: 21-ci əsrdə perspektivlər və paradiqmalar (Traditional and Renewable Energy Sources: perspectives and paradigms for the 21st century) adlı beynəlxalq konfransın materialları Scopus bazasında indeksləşəcək.

 

Beynəlxalq konfransın Elmi Komitəsində Azərbaycanla yanaşı, Çin, Rusiya, Serbiya, Polşa, Ukrayna, Kolumbiya, Belarus və Moldovanın alimləri də təmsil olunur.