Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil alanların və məzunların ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə təlimlər keçirilir. 

 

8 yanvar saat 17:00-da baş tutacaq  təlim proqramı “Təhsildə tədqiqatın prinsipləri: beynəlxalq təcrübə” mövzusuna həsr edilib. Təlimçi HTP çərçivəsində Macarıstanın Szeged Universitetinin doktorantura səviyyəsi üzrə məzunu Könül Kərimovadır. 

 

Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://bit.ly/35eRl5s  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.