Bakı Dövlət Universitetinin (BDU)  mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Bəhreyn Universitetinin Həndəsə ixtisası üzrə elmi adlar verən Akademik Şurasına üzv seçilib.

 

BDU-dan bildirilib ki, İngiltərənin nüfuzlu “THE - Times Higher Education” təşkilatının “2020 Impact Rankings” kateqoriyası üzrə hazırladığı siyahıda 208-ci yerdə qərarlaşan Bəhreyn Universiteti siyahıya beynəlxalq elmi ictimaiyyət tərəfindən öz sahəsində tanınan xarici alimləri daxil edib.

 

Qeyd olunub ki, seçimlərin nəticələri "Web of Science" bazasındakı elmi məqalələrin sayı, məqalələrə bu bazadan alınan istinadların sayı ve h-indeksinə görə təyin edilir. Professor A.Səlimovun "Web of Science" bazasında məqalə sayı 61,  istinad sayı 439, h-indeksi isə 11-dir.