“T-Network” Təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyası (TİA) “Bələdçi” adlı yeni proqrama start verir. Məqsəd təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltməyin yolları barədə fikir mübadiləsi aparmaqdır. Proqram hər həftənin birinci günü saat 20.00-da TİA-nın Facebook səhifəsindən canlı yayımlanacaq.

 

“Bələdçi”nin ilk qonağı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov olacaq.

 

Yanvarın 4-də  təqdim ediləcək proqramda “Yeni dövrdə təhsil idarəçilərindən gözləntilər” mövzusu müzakirə ediləcək.
 

Qeyd edək ki, “T-Network”  təhsl sistemində baş verən ən mühüm təşəbbüsləri, innovasiyaları diqqətdə saxlamaqla müəllimlər, pedaqoji ictimaiyyət üçün ciddi maraq kəsb edən bir sıra uğurlu layihələri həyata keçirməkdədir.

 

Oruc MUSTAFAYEV