Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın QS Reytinq Agentliyinin 2021-ci il üçün açıqladığı “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində (QS EECA University Rankings 2021) yer alıb.
Ali məktəbdən bildirilib ki, reytinq 10 göstəricidən, o cümlədən ali məktəbin elmi və işəgötürənlər arasında nüfuz göstəricisindən istifadə olunmaqla tərtib edilib.
Dünyanın ən nüfuzlu universitetlərinin yer aldığı reytinq cədvəlində Azərbaycan üzrə, ümumilikdə 7 universitet qərarlaşıb.